MiQ-29, (МиГ-29) (NATO kod adı: Fulcrum)- SSRİ/Rusiya tərəfindən istehsal edilən, çoxməqsədli IV nəsil döyüş təyyarəsi.
1983-cü ildə silahlanmaya qəbul edilmiş, təyinatı havada üstünlük əldə etmək olan qırıcı əsasən ABŞ-ın F-16 və F/A-18 tipli qırıcılarına qarşı mübarizə aparmaq üçün nəzərdə tutulmuşdu. Bir neçə dəfə təkmilləşdirilməyə məruz qalmış MiQ-29 çoxsaylı modifikasiyalar şəklində keçmiş SSRİ və əksər Varşava müqaviləsi ölkələri daxil olmaqla Hindistan, Əlcəzair, Vyetnam, KXDR kimi ölkələrin bu günə kimi silahlanmasındadır.
"MiQ-29" adı soyuq müharibə dövründə SSRİ və Qərb tərəfindən SSRİ hərbi hava qüvvələrinin rəmzi kimi ideoloji vasitələrdə istifadə edilmişdir.
Sovetlər İttifaqının ABŞ kəşfiyyat təyarələrini tutmaq üçün istehsal etməyə çalışdığı, dövrünə görə inqilabi yenilikləri olan MiQ-25-ə qarşı 1969-cu ildə ABŞ Hava Qüvvələri "F-X" proqramını başlatdı. Proqramın nəticəsi kimi meydana çıxan F-15 Eagle təyyarələri çox uğurlu alındı. MiQ-25-dən fərqli olaraq havada üstünlük əldə etmək üçün düzəldilmiş F-15 yüksək radiuslu radarları ilə fərqlənirdi. Həmin dövrdə ən azı təkmil radarlarına görə, F-15-ə qarşı SSRİ-də effektli mübarizə apara biləcək qırıcı yox idi. Soyuq müharibənin sürətləndiyi bir vaxtda, Karib krizisi və Koreya konfliktindən sonra yeni konflikt zamanı havada üstünlüyünü itirməkdən qorxan SSRİ-nin cavabı mütləq lazım idi.
Yeni yaradılmalı olan təyyarəyə sərt tələblər qoyuldu: zəif təchizatlı qalxıb-enmə zolaqlarından istifadə etmə; mükəmməl manevrlilik; Mach 2+ sürətini yığa bilmə; ağır silahlardan istifadə.
ABŞ-ın yüngül qırıcı təyyarə- F-16 ilə bağlı proqramını başlatması MiQ-29 layihələşdirilməsinə ciddi təsir etdi: bahalı, ağır, yüksək radiuslu radarları olan F-15-ə qarşı Su-27, yüngül F-16-ya cavab olaraq MiQ-29 hazırlanmağa başlandı.
1974-cü ildə quraşdırılmaya başlanılan ilkin MiQ-29A prototipi 1977-ci il 6 oktyabrda ilk sınaq uçuşunu etdi. Sınaqların nəticəsi kimi yaradılan MiQ-29B prototipi 1983-cü ildə silahlanmaya qəbul edildi.
MiG-29 və Su-27-nin ilkin dövrlər konstruksiyalarının eyni plan üzrə aparilmasina baxmayaraq, fərqlənən cəhətləri də vardır. Uğurlu çıxan konstruksiya sonradan digər qırıcılara da tətbiq edilmiş, bu tipli təyyarələrin klassik cizgilərini formalaşdırmışdır. Uğurlu konstruksiya göstəricilərindən biri də MiQ-29-un Puqaçov Kobrasımanevrini edən təyyarələr içərisində ilk yaradılan olmasıdır.
Təyyarənin gövdəsi əsasən allüminium ərintilərindən və dəmirdən, bəzi detallarda isə titan və qatışıq materiallardan istifadə edilmişdir. Qanadların əyilməsi ön kənarlara görə 42 dərəcədir. Qanadların üst səthində yarıqlar mövcuddur. Yarıqların əsas funksiyası qırıcının yerdə hərəkəti zamanı mühərrikləri hava ilə təmin etməkdir. Belə ki, yerdə hərəkət zamanı mühərriklərə hava aparan əsas kanallarının yer səthinə çox yaxın olması mühərrikə kənar cismlərin düşməsinə səbəb ola bilər və bunun qarşısını almaq üçün onlar qapanırlar.Eleronlar hidravlik olaraq idarə olunsa da, Su-27-dən fərqli olaraq qanadlarda olan elektron idarəetmə sistemi yoxdur. Stabilizator tam dönməyə və diferensial əyilməyə imkan verir. Şassi üçdayaqlıdır: tək qabağda, cüt arxada.
Mühərrikləri 1972-ci ildə layihələşdirilmiş RD-33 tiplidir. Təyyarədə 66,2 kVt gücündə QTDE-117 (ГТДЭ-117) tipli qaz-turbin enerji qovşağı mövcudur. Yanacaq təminatı sistemi ümumi həcmi 4300 l (4540 l) olan beş füzelaj və qanadlarda yerləşən iki çəndən ibarətdir. Füzelajda 1500 l-lik, qanadlarda 1150 l-lik əlavə çən quraşdırma imkanı mövcuddur.
Aparata avtomatik idarəetmə sistemi olan SAU-451 (САУ-451) və məhdud siqnallar sistemi (СОС-3М) quraşdırılmışdır. Silahların idarəedilməsi sistemi SUV-29 (СУВ-29) radiolokasiya kompleksi RLPK-29 və bort kompyuterdən (БЦВМ) C100 (Ц100) ibarətdir. Qırıcı həmçinin optiko-elektron hədəfəalma (pilotun baxış istiqamətində hədəfəalma), RLS tərəfindən qeydə alınmanı bildirən sistem, təkmil naviqasiya, ön şüşədə informasiyanın əks olunması kimi sistemlərlə təchiz edilmişdir.
Kabinə əvvəlki Sovet qırıcıları təyyarələrinə məxsus tərzdə qurulmuşdur: mərkəzi idarə rıçaqı, sol əllə idarə edilən sürət nizamlayıcısı və məlumatların ön şüşədə əks olunmasını təmin edən sistem (HUD). Kabinə sıfır səviyyədə işə düşə biləcək Zvezda K-36DM oturacaqları ilə təchiz edilmişdir. Əvvəlki Sovet qırıcılarından fərqli olaraq, kabinənin şarvari şüşə örtüyü görünüşü minimal məhdudlaşdırır. Sonralar təkmilləşdirilmiş modellər maye kristal (LCD) çoxfunksiyalı displeylərlə (MFD) təmin edilmişdir.
Silahlanmasında iç dayaqlarda daşınıla bilən, orta məsafəli hava-hava tipli Vympel R-27, idarəedilməyən bomba və raketlər daxildir. Bəzi sovet qırıcıları tək nüvə bombası da daşıya bilirlər. Yan dayaqlarda hava döyüşləri üçün R-73 və köhnə tipli R-60 daşınıla bilər. Təkmilləşdirilmiş versiyaları lazer başlıqlı, elektro-optik və hava-yer tipli raketlər də daşıya bilirlər.
Bundan əlavə, MiQ-29 yaxın məsafəli döyüşlər üçün effektiv atış uzaqlığı 1200-1800 m olan, əksər Sovet hərbi təyyarə və vertolyotlarında quraşdırılan QŞ-301 tipli aviatopla təchiz edilmişdir.
Ümumi parametrlər
Ümumi parametrlər
- Heyət: 1
- Uzunluğu: 17,37 m
- Qanad eni: 11,4 m
- Hündürlük: 4,73 m
- Qanad sahəsi: 38 m2
- Boş çəki: 11,000 kq
- Yüklü çəki: 16,800 kq
- Maksimal qalxma çəkisi: 21,000 kq
- Güc təminatçısı: 2x Klimov RD-33 forsaj imkanlı truboventilli mühərrik, hər birinin gücü 8,300 kgf (8.14 kN)
[redaktə / تحریر]Uçuş keyfiyyətləri
- Maksimal sürət: Mach 2.25 (2400 km/s) Alçaq uçuşlarda: Mach 1.25 (1500 km/h)
- Uçuş məsafəsi: 1,430 km (daxili yanacaq çənləri tam dolu olduqda)
- Maksimal uçuş məsafəsi: 2,100 km
- Uçuş tavanı: 18,013 m
- Yüksəkliyə qalxma sürəti: başlanğıc 330 m/s; orta 109 m/s 0-6000 m
- Qanad yüklənməsi:440 kg/m2
- Çəkmə gücünün çəkiyə nisbəti: 1.01
Комментариев нет:
Отправить комментарий